AZ

Dövlət Komitəsinin sədri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun noyabrın 15-də keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.  Dövlət Komitəsinin sədri noyabr ayının 14-də Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Şirvan şəhər Gənclər Evində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 1B) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan-Salyan regional bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (021) 215-21-30, (070) 220-00-20, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

Seçilən
96
2
xalqqazeti.az

3Mənbələr