Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
News24.az qol.az-a istinadla xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Namizədlər Viktor Qyökereş ("Sportinq"), Luis Diaz ("Liverpul"), Kərim Konate ("Zalsburq") və Nikolas Kühndür ("Seltik").
Qalib UEFA-nın saytındakı səsvermə əsasında seçiləcək.