AZ

“Bitcoin” tezliklə 100 min dollara satılacaq - PROQNOZ

Donal Trampın prezident seçilməsi bəlli olduqdan sonra “Bitcoin”in qiyməti 76 min dolları keçib.

 

Sfera.az xəbər verir ki, “Bitcoin”in bahalaşmasına səbəb respublikaçıların kripto aləmi ilə yaxınlığıdır. Analitiklər Trampın Administrasiyasının kriptovalyuta siyasətlərini dəstəkləyəcəyini gözləyirlər.

 

Bunu nəzərə alan bazar iştirakçıları proqnozlaşdırır ki, Tramp hakimiyyəti dövründə ən bahalı kriptovalyuta olan “Bitcoin”in dəyəri daha da artacaq. Respublikaçı administrasiyanın kripto-dostluq siyasəti ilə bağlı gözləntiləri nəzərə alan analitiklər, Trampın andiçmə mərasimindən əvvəl “Bitcoin”in qiymətinin 100 000 dollara çata biləcəyini gözləyirlər.

 

Qeyd edək ki, “Bitcoin”in dəyəri sentyabrın əvvəlindən yüksəlir. Ötən müddətdə bu kriptovalyutanın qiyməti 20 min dollardan çox artıb.

 

Vasif

Sfera.az

 

 

Seçilən
7
22
sfera.az

10Mənbələr