AZ

"TikTok"un Kanadada fəaliyyəti qadağan edilib

"TikTok"un Kanadada fəaliyyəti qadağan edilib

Kanada federal hökuməti milli təhlükəsizliklə əlaqədar "TikTok"un ölkədəki fəaliyyətini dayandırmasını istəyib. Bununla belə, bu qərar kanadalıların məşhur sosial media proqramına daxil olmasına mane olmayacaq.Kanadanın İnnovasiya, Elm və İqtisadi İnkişaf naziri Fransua-Filip Şampan bildirib ki, Toronto və Vankuverdəki "TikTok" ofislərinin bağlanması qərarının milli təhlükəsizlik araşdırması zamanı əldə edilən məlumat və sübutlara əsaslandığını bildirib.Şampan "TikTok"un Kanadadakı fəaliyyətinin milli təhlükəsizliyə zərər verə biləcəyi qənaətinə gəldiyini deyib və hökumətin təhlükəsizlik tədbirlərinin ictimaiyyət tərəfindən anlaşılacağına ümid etdiyini bildirib.Açıqlamada "TikTok"dan istifadənin şəxsi seçim olduğu vurğulanıb və kanadalıları proqramdan şüurlu şəkildə istifadə etməyə çağırılıb.Şampan valideynləri və tətbiqdən istifadə etməyi düşünənləri potensial risklərdən xəbərdar olmağa çağırıb.Tənqidçilər tətbiqin Çin hökumətinə informasiya ötürə biləcəyindən narahatdırlar."TikTok"un ana şirkəti "ByteDance" ilə bağlı ABŞ rəsmiləri iddia edir ki, Çin hökumətinə yaxın olduğu üçün amerikalı istifadəçilərin məlumatları risk altındadır.Kanada Təhlükəsizlik Kəşfiyyat Xidməti (CSIS) də kanadalılara proqramdan uzaq durmaq barədə xəbərdarlıq edib."TikTok" açıqlamasında Kanadada bir çox yaxşı maaşlı işə son qoyacaq bu qadağa qərarına qanuni olaraq etiraz edəcəyini bildirib.Şirkət öz serverlərinin Çindən kənarda olduğunu və Kanada məxfilik qanunlarına uyğun olduğunu müdafiə edib.Mənbə: CBC News

Seçilən
17
3
afn.az

7Mənbələr