AZ

Ərdəbilli sosial media fəalı həbs edilib

Ərdəbilli

Təhlükəsizlik məmurları Ərdəbil şəhərində yaşayan sosial media fəalı Səhər Məmizadəni həbs edərək naməlum yerə aparıblar.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, oktyabrın 30-da təhlükəsizlik məmurları Səhər Məmizadənin yaşadığı evə hücum edib onu həbs ediblər.

Hadisənin üstündən 8 gün keçməsinə baxmayaraq, fəalın həbs səbəbi və hara aparıldığı barədə məumat almaq mümkün olmayıb.

29 yaşlı Səhər Məmizadə bundan əvvəl iranlı reper Tomac Salehinin həbsinin ikinci ildönümü ilə bağlı paylaşım edib və Məsud Pezeşkianı da həmin paylaşıma işarələmişdi.

Onun bu və sosial mediadakı başqa paylaşımlarına görə saxlanıldığı ehtimal edilir.

Seçilən
17
xalqcebhesi.az

1Mənbələr