BŞTİ-nin müdir müavini vəzifədən azad edilib
Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifəsindən azad edilib.
Reyting.az Qaynarinfo-ya istinadən məlumatına görə, nazir Emin Əmrullayevin müvafiq əmri ilə Orxan Teymur oğlu Kərimov işdən çıxarılıb.
Qeyd edək ki, 2021-ci ilin mart ayında Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsindən azad edilərək, Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini təyin olunmuşdu.