Bakı. Trend:
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ÖzbəkistandakıHeydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindənAzərbaycanın Zəfər Günü ilə bağlı böyük konsert tədbirikeçirilib.
Trend xəbər verir ki,Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistanınelm, mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər,Azərbaycan diasporunun üzvləri, tələbələr, jurnalistlər iştirakedib.
Əvvəl iştirakçılar Mərkəzin foyesində Azərbaycan xalqınınzəfərinə həsr edilmiş foto və kitablardan ibarət sərgiyəbaxıblar.
Qonaqları salamlayan Azərbaycan Mədəniyyət Mərkəzinin direktormüavini Nadir Əlimirzəyev 44 günlük Vətən müharibəsi,torpaqlarımızın Ermənistanın işğalından azad olunması, Azərbaycanəsgər və zabitlərinin qəhrəmanlığı və şücaəti haqqında söhbətaçaraq 2020-ci ilin 27 sentyabr tarixində düşmənin bütün cəbhə boyuAzərbaycan silahlı qüvvələrinin döyüş mövqelərini və yaxınlıqdakıyaşayış məntəqələrini müxtəlif silahlardan istifadə etməklə atəşətutduğunu, mülki əhali arasında qırğının qarşısını almaq vəitirilmiş torpaqlarımızı qaytarmaq məqsədi ilə ali baş komandanlıqtərəfindən bütün cəbhə xətti boyu hərbi əməliyyatların başlanmasınaəmr verildiyini və bununla da II Qarabağ müharibəsinin başlanmışolduğunu deyib. Azərbaycan Prezidenti cənab İlham Əliyevinuzaqgörən siyasəti, iradəsi Azərbaycan əsgərinin şücaəti şəhidlərinqanı canı bahasına cəmi 44 gün davam edən Vətən müharibəsinəticəsində Azərbaycan 28 ildən sonra öz torpaqlarını azad etmiş,tarixi Zəfəri qazanmış, şəhidlərimizin qanını yerdə qalmamış,qisasları alınmışdır.
N.Əlimirzəyev 8 noyabr tarixində Qarabağın tacı, Azərbaycanmədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin işğaldan azad olunduğugünü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı"Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında"sərəncama əsasən 8 noyabr zəfər günü kimi qeyd olunduğunu dasöylədi.
Çıxış edən Özbəkistan Ali Məclisinin deputatı GülbaharSaidqaniyeva müharibə dövründə Ermənistanın Gəncə, Bərdə, Tərtər,Mingəçevir və digər şəhərlərini, kəndləri, mülki əhalini böyükdağıdıcı gücə malik raketlərlə atəşə tutmaqla beynəlxalq hüququnnorma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquqa,Cenevrə Konvensiyasının öhdəliklərinə zidd olan müharibəcinayətləri törətdiyini vurğulayıb. Lakin rəşadətli Azərbaycanordusunun düşmənə layiqli cavab verərək tarixi qələbə qazanıldığınısöyləyən deputat bütün Azərbaycan xalqını tarixi Zəfər Günümünasibətilə təbrik edərək özbək xalqının hər zaman özqardaşlarının yanında olduğunu vurğulayıb.
Rəsmi hissədən sonra keçirilən konsertdə Azərbaycanın vəÖzbəkistanın xalq artisti Gülyanaq Məmmədova, Özbəkistan,Başqırdıstan və Tatarıstanın xalq artisti Jenisbek Piyazov,Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev,Özbəkistanın “Özbəyim yoşları" (Özbəyim gəncləri) musiqi qrupununüzvləri Azərbaycan və özbək dilində mahnılar, həmçinin AzərbaycanMədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblının üzvləri millirəqslərimizi ifa ediblər.