2020-ci il sentyabrın 27-də Azərbaycan
Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına
başlayaraq yeni bir tarix yazdı. Bu Qələbə Ali Baş Komandan Prezident İlham
Əliyevin düşünülmüş siyasəti və möhkəm iradəsinin, Müzəffər Ordumuzun şücayəti,
eləcə də xalqımızın onun ətrafında dəmir yumruq kimi birləşməsinin nəticəsi
idi.
Əlamətdar haldır ki, Füzuli filialının açılışını bildirən rəmzi
qırmızı lent məhz "Bank Respublika”nın "Füzulinin azad olunmasına görə"
medalı ilə təltif olumuş əməkdaşları tərəfindən kəsilərək müştərilərin istifadəsinə
verilmişdir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Ağdam,
Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsinin müavini Eldar Seyidov ölkənin
aparıcı bankından biri olan "Bank Respublika”nın Füzulidə filial açmasının
mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və filialın kollektivinə işlərində
uğurlar arzulayıb.
Geniş ərazidə yerləşən və müasir bankçılıq texnologiyaları ilə təchiz
olunmuş filialda müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait
yaradılıb. Qeyd edilib ki, Bankın strateji inkişaf proqramında işğaldan azad
olunmuş torpaqlarımızın bərpası və dirçəlməsi məqsədilə gələcəkdə yeni
filialların aparılması planlanır.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
www.anews.az