AZ

Qərbi Azərbaycana vali təyin etmək üçün terror qrupları təzyiqə başlayıblar

Məlumata görə, keçmiş sənaye, mədən və ticarət naziri Rza Rəhmani (Təbrizdən) və Məhəmməd Əmin Rzazadə (Sulduzdan) əyalət nümayəndələrinin məclisinə iki son namizəd kimi təqdim edilib, belə ki, onlardan birinümayəndələrin səsləri ilə yeni qubernator seçiləcək.

Amma deyilir ki, Zindəşti dəstəsi (beynəlxalq terrorçu) və bu cərəyana bağlı bəzi nümayəndələr, o cümlədən Qasım Osmani (Bukan nümayəndəsi) bu vilayətin qubernatorluğuna yerli olmayan və kürdcə danışan bir şəxsi təyin etməyə çalışırlar.

Qərbi Azərbaycan Nümayəndələr Məclisinin sədri Qasım Osmani bəyan edib ki, Rzazadə təyin vali olunarsa, vilayətin yeddi kürd nümayəndəsinin hamısı vəzifələrindən istefa verəcək. Bu təhdid İnqilab Keşikçiləri Korpusunun bəzi nüfuzlu fiqurlarının və Zindəşti qruplaşmasının yerli olmayan və kürddilli şəxsi təyin etmək üçün geniş iş apardığını açıq göstərir.

visiontv.az



Seçilən
34
1
visiontv.az

2Mənbələr