AZ

Mərkəzi Elmi Kitabxana “Yaşıl dünya naminə həmrəylik ili” adlı virtual sərgi hazırlayıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Yaşıl dünya naminə həmrəylik ili” adlı virtual sərgi hazırlanıb.

MEK-dən TƏHSİL.BİZ -ə bildirilib ki, sərgidə Ümummilli Lider Heydər Əliyevin təbiət haqqında dəyərli fikirləri, Prezident İlham Əliyevin Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamı, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29), “Hərəmiz bir ağac əkək!” aksiyası, MEK-in “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfələri və digər bu kimi məlumatlar öz əksini tapıb.

Sərgidə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, yaşıl enerji növlərinin yaradılması, Azərbaycan təbiətinə, ekologiyanın müxtəlif sahələrinə, o cümlədən ekoloji problemlər, ekoloji siyasət, ekoloji təhlükəsizliyə aid ingilis, rus, alman, türk və başqa dillərdə 200-dən çox dərslik, dərs vəsaiti, atlas, ensiklopedik lüğət, konfrans materialları və digər nəşrlər təqdim olunur.

Virtual sərgidə “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyi, “İlham Əliyevin uğurlu ekoloji siyasəti”, “Yaşıl inkişaf. Enerji səmərəliliyi və alternativ mənbələr”, “Davamlı inkişaf və ekoloji sivilizasiyanın idarə edilməsinin əsasları”, “Davamlı inkişaf və ekoloji təhlükəsizlik problemləri”, “Davamlı inkişaf və vahid ekoloji siyasət: Türkiyə-Azərbaycan”, “Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeroloji hadisələr”, “İntellektual ekologiya” və digər nəşrlər yer alıb.

Bundan əlavə, MEK-in sərgi salonunda ənənəvi kitab sərgisi təşkil edilib. İl boyu davam edəcək sərgi geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşrlərdən biologiya, ekologiya, coğrafiya, kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbələr, ali və orta məktəb müəllimləri, bu sahələrdə çalışan mütəxəssislər faydalana bilərlər.

 

Seçilən
3
2
tehsil.biz

3Mənbələr