AZ

“Sumqayıt”dan şikayət etdiyi jurnalistlərlə bağlı açıqlama: “Onların təklifi rədd edilib və...”

“Artıq iş müvafiq orqanların nəzarətindədir”.

Bu fikirlər “Sumqayıt” futbol klubunun İdman.bizin sorğusuna cavabında yer alıb.

“Gənclik şəhəri” təmsilçisindən idman jurnalistləri Anar Şabanoğlu və İxtiyar Əsgərovla aralarında münaqişəyə münasibət bildirilib: “Barəsində Baş Prokurorluğa şikayət olunan jurnalistlər əməkdaşlıq və qarşılıqlı işbirliyi üçün “Sumqayıt” Futbol Klubuna müraciət edib, onların istəkləri ilə strategiyamız uyğun olmadığı üçün bu təklif rədd edilib. Sonra isə həmin jurnalistlər tərəfindən klub prezidenti Riad Rəfiyev barəsində mütəmadi olaraq, yalan, şər-böhtan xarakterli məlumatlar yazılır və tirajlanır. Komanda rəhbərinin şəxsi və işgüzar nüfuzuna, şərəf və ləyaqətinə, “Sumqayıt” Futbol Klubunun peşəkar fəaliyyətinə zərər vermək məqsədilə mütəmadi olaraq yazılan şər-böhtan xarakterli məlumatlar hüquq-mühafizə orqanlarına təqdim edilib. Bundan sonra iş müvafiq orqanların nəzarətindədir. Əminik ki, hüquq-mühafizə orqanları işə ədalətli və düzgün qiymət verəcəklər”.

Qeyd edək ki, Rəfiyev bu saytlarda özü haqqında dərc olunan yazıların silinməsini və təkzib edilməsi tələbini irəli sürüb.

Emin Ağa
İdman.biz

Seçilən
14
idman.biz

1Mənbələr