AZ

AYİB-in prezidenti Bakıda COP29 sammitində nümayəndə heyətinə rəhbərlik edəcək

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) noyabrın 11-22-dəBakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29)iştirak edəcək.

Trend xəbər verir ki, AYİB-innümayəndə heyətinə bankın prezidenti Odil Reno-Basso rəhbərlikedəcək.

Onun tərkibinə bankın birinci vitse-prezidenti Yürgen Riqterink,vitse-prezident Mark Boumen və iqlim strategiyası və tətbiqi üzrəidarəedici direktor Harri Boyd-Karpenter daxildir.

COP29 bu il iqlim dəyişikliyi ilə mübarizə tədbirləriningücləndirilməsinə, maliyyələşdirmənin artırılmasına və özəlsektorun cəlb olunmasına xüsusi diqqət yetirəcək.

İqlim maliyyələşdirilməsində uzun müddətdir lider olan AYİB özlayihələrinin ən azı 50 faizini “yaşıl” təşəbbüslərə yönəltməyiqarşısına məqsəd qoyub. Ötən il bank bu hədəfə çataraq “yaşıl”layihələrə 6,5 milyard avro sərmayə yatırıb.

AYİB tərəfindən təşkil olunan bir sıra tədbirlər canlıyayımlanacaq və geniş auditoriyaya bankın son iqlim təşəbbüsləri vəözəl maliyyələşdirmə ilə "yaşıl" innovasiyalar vasitəsilədəyişikliklərə nail olmaq strategiyası haqqında məlumatverəcək.

Məqalədə:
Seçilən
32
2
az.trend.az

3Mənbələr