Banklar nə qədər dollar alıb? - Rəsmi
Azərbaycan Mərkəzi Bankı cümə axşamı valyuta hərracında 77,1 milyon ABŞ dolları satıb. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Bu məbləğ əvvəlki hərrac zamanı 69,3 milyon ABŞ dolları olub.
"Cümə axşamı valyuta hərracı 77,1 milyon ABŞ dolları təşkil edib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb",- mərkəzdən bildirilib.
2024-cü ilin birinci rübündə Mərkəzi Bankın valyuta ehtiyatları 0,35% və ya 41,4 milyon dollar artıb.
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.
Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.
2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb.
www.anews.az