AZ

Formula 1-də son 35 ildə ilk dəfə belə hal yaşanacaq

Glən il Valtteri Bottasın yerini “Kick-Sauber”də braziliyalı Qabriel Bortoleto tutacaq. Bu o deməkdir ki, 1989-cu ildən bəri ilk dəfə Formula 1 pelotonunda bir dənə də finlandiyalı sürücü olmayacaq.

Ümumilikdə Finlandiyanın Formula 1-də 9 pilotu olub. Onlardan səkkizi ən azı bir dəfə podiuma yüksəlməyi bacarıb, beşi qran-pri qazanıb, ikisi bir dəfə və biri iki dəfə çempion olub Mika Hakkinen ikiqat F1 çempionudur. Keke Rosberq və Kimi Raykkonen isə bir dəfə çempion olublar.

Qeyd edək ki, son vaxtlar Bottasın ehtiyat sürücü kimi “Mercedes”lə müqavilə imzalamağa yaxın olduğu haqda xəbərlər yayılıb. O, əvvəllər beş il Almaniya komandasında çıxış edib.

Seçilən
25
futbolinfo.az

1Mənbələr