AZ

Şanlı Zəfər salnaməsindən 4 il ötür - ŞƏRH

Hər il Azərbaycan Respublikasında 8 noyabr Zəfər günü kimi olaraq qeyd olunur. Artıq Zəfərimizdən 4 il ötür.2020-ci il iyun ayında Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında dünyaya açıq mesaj vermişdi. Bildirmişdi ki, “biz güclüyük, biz hazırıq, uyğun geosiyasi vəziyyət olan kimi torpaqlarımızı düşməndə qoymayacayıq, hər qarışını azad edəcəyik”.

27 sentyabr 2020-ci il tarixində səhər saatlarında düşmənin növbəti dəfə atəşkəsi kobudcasına pozması nəticəsində bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Bunun cavabı olaraq Azərbaycan ordusu düşmənin hərbi texnikasını sıradan çıxarmış və xeyli sayda itkiləri olmuşdur. Elə həmin gün cənab Prezident xalqa müraciət edərək demişdir ki: “biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Beləliklə, 27 sentyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsinda Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. 8 noyabr 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Nəhayət, düşmən ağ bayraq qaldıraraq təslim olduğunu açıqladı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə hazırıq” – deyən Azərbaycan əsgəri və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. 10 noyabr tarixində kapitulyasiya aktı imzalandı. Bu Ermənistanın öz məğlubiyyətini etiraf etməsi idi. Daha sonra isə Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarıldı.

Xalqımızın əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Bu qürurverici və əzəmətli qələbənin müəllifi xalqımızın Ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdir.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Seçilən
13
sesqazeti.az

1Mənbələr