AZ

Şoyqu: “Qərb Cənubi Qafqazda vəziyyətin normallaşmasına mane olur”

Cənubi Qafqazdakı vəziyyət mürəkkəb olaraq qalır, ancaq onun yaxşılaşdırılması üçün zəmin var ki, buna da Qərb mane olur. Bu barədə cümə axşamı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin görüşündə bildirib.

"Cənubi Qafqazda regional təhlükəsizliyə gəlincə, vəziyyət mürəkkəb olaraq qalır, lakin onun yaxşılaşdırılması üçün zəmin var. Buna xarici oyunçular, yumşaq desək, xeyirxah olmayan məqsədlərlə hərəkət edən Qərb ölkələri mane olurlar", - Şoyqu deyib.

Onun sözlərinə görə, deyilənlər regional problemlərin regional həllinin vacibliyinə dair tezisi təsdiqləyir.

Eyni zamanda, Şoyqu Qərbin "zərərli" fəaliyyətinə dair heç bir sübut göstərməyib və onun ittihamları əsassız təbliğat kimi səslənib.

Həmçinin Şoyqu  bildirib ki, Qərb iqtisadi, siyasi və mənəvi liderliyini itirir və "faktiki olaraq borc içində yaşayır".

Sonra o bu yaxınlarda  Gürcüstan və Moldovada keçirilmiş seçkilərə "dərin" qiymət verərək bildirib ki,  Qərb Gürcüstanda seçki prosesinə utanmazcasına müdaxilə etdi, lakin uğursuzluğa düçar oldu.

Moldovaya gəlincə, Qərb prezident seçkilərinin nəticəsini "yalnız açıq maxinasiyalar" ilə təmin edə bildi.

Seçilən
47
5
turan.az

7Mənbələr