AZ

Bu işıqforlar Bakıda ilk dəfə quraşdırıldı- VİDEO

Bakıda ilk dəfə yeni nəsil piyada svetoforları quraşdırılıb.

Gundem.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Mərkəz tərəfindən Azadlıq prospekti ilə Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində, metronun “28 May” stansiyasının yaxınlığında ümumilikdə 12 ədəd belə svetoforlar işə salınıb.

Bu svetoforların piyada bölməsinin alt hissəsinə quraşdırılan LED işıqlar nizamlayıcının qırmızı işığı yandığı zaman axşam saatlarında dirəyin aşağı hissəsini piyadaların diqqətini cəlb edəcək səviyyədə eynirəngli işıqla işıqlandırır. Nəticədə piyada zolağına yaxınlaşan piyadalar keçiddən istifadədə daha diqqətli olurlar. Bu cür svetoforların digər küçə və prospektlərdə də quraşdırılması nəzərdə tutulub.

Ümumilikdə Azadlıq prospekti ilə Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində yeni kabel-kommunikasiya xətləri çəkilməklə 13 ədəd avtomobil, 3 ədəd velosiped svetoforları quraşdırılıb.

 

Seçilən
7
30
gundem.az

10Mənbələr