AZ

“Bodo Qlimt” - “Qarabağ”: Jurnalistlərimiz kimin qələbəsinə inanır? - SORĞU

Bu gün Avropa Liqasında “Qarabağ” Norveçdə “Bodo Qlimt” klubunun qonağı olacaq.

İdman.biz IV tur çərçivəsində baş tutacaq görüşlə bağlı KİV nümayəndələri arasında sorğu keçirib.

İdman jurnalistlərimizin 6-sı ev sahiblərinin qalib gələcəyini təxmin edib. 5 həmkarımız “Qarabağ”ın səfərdən qələbə ilə dönəcəyinə inanır, 4-ü isə görüşün heç-heçə bitəcəyini proqnozlaşdırır.

“Bodo Qlimt” - “Qarabağ”
Elnur Salahov (AZƏRTAC) - 2:1
Təbriz Quliyev (Report.az) - 2:2
Anar Həsənov (Oxu.az) - 2:2
Kənan Hakimov (İctimai TV) - 1:2
Tural Xudiyev (Space TV) - 2:1
Mehman Süleymanov (Presssport.az) - 1:2
Gəray Qiyasov (Real Tv) - 3:1
Arzu Qurbanlı (Arb TV) - 2:3
Səbinə Hüseynli (Sia.az) - 2:1
Teymur Maksutov (1news.az) - 2:2
Səbuhi Musa (Prosport.Az) - 2:1
Əli Cəfərov (Xəzər TV) - 1:3
Daşqın Əziz (Pressing.az) - 3:0
Rasim Sultanzadə (Apasport.az) - 1:3
Emin Əhmədov (CBC) - 2:2

Qeyd edək ki, komandalar arasında oyun “Aspmyra” stadionunda saat 21:45-də start götürəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr