AZ

"Nissan"ın direktoru aylıq maaşından və minlərlə işçisindən imtina etdi

Yaponiyanın avtomobil istehsalçısı “Nissan” rəhbərliyinin maaşlarını azaltmaq, 9 min işçini işdən çıxarmaq və istehsal gücünü 20% azaltmaq qərarına gəlib.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə şirkətin press-relizlərində deyilir.

"Çətin vəziyyətlə üzləşən şirkət performansını yaxşılaşdırmaq və bazar dəyişikliklərinə tez uyğunlaşa bilən daha çevik və möhkəm biznes yaratmaq üçün təcili tədbirlər görür" deyə istehsalçı qeyd edib.

"Nissan" öz qarşısına xərcləri azaltmaq, məhsulun maya dəyərini azaltmaq və aktiv portfelini rasionallaşdırmaq məqsədi qoyub. Xüsusilə də şirkətin baş direktoru Makoto Uçida aylıq maaşının 50%-dən könüllü olaraq imtina edib. Rəhbərliyin digər üzvləri də analoji qərar qəbul ediblər. “Nissan” həmçinin “Mitsubishi Motors”un 149 milyonluq səhminin satışını elan edib.

Şirkətin 300 milyard yen (1,94 milyard dollar) azalda biləcəyi gözlənilir.

QAZİLER.AZ

Seçilən
23
1
qaziler.az

2Mənbələr