AZ

​Audiovizual Şura radio iki müsabiqə elan etdi

Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib. Metbuat.az xəbər verir ki, iclasda boş və yayım üçün istifadəyə yararlı radiotezliklər ilə bağlı məsələlər müzakirə olunub.İlk olaraq müxtəlif dillərdə yayım aparan "Azərbaycan Beynəlxalq Radiosu"nun proqramlarının əhatə dairəsinin genişləndirilməsi məqsədilə ölkənin bir sıra müxtəlif stansiyalarından müvafiq radiotezliklər "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin istifadəsinə ayrılıb.

Daha sonra Dövlət Radiotezliklər İdarəsindən alınan məlumatlara əsasən "Bakı Teleqüllə Kompleksi"ndən boş və yayıma uyğun radiotezliklərin mövcudluğu və onlardan səmərəli istifadənin təşkilinin əhəmiyyəti nəzərə alınaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün 18 noyabr tarixindən etibarən 2 müsabiqənin elan olunması haqqında qərarlar verilib.

Seçilən
24
3
metbuat.az

4Mənbələr