AZ

"Tramp neft hasilatına dəstək verəcəyini elan edir"- Xalid Kərimli

"Trampın yenidən hakimiyyətə gəlməsi dünyada həm səhm bazarında, həm də valyuta birgalarında ciddi hərəkərlilik nümayiş olundu."

İqtisadçı Xalid Kərimli bunu News365.az-a açıqlamasında deyib. 

"Trampın bir sıra istiqamətdə atacağı kəsgin addımlar həm Amerika iqtisadiyyatı üçün, həm dünya iqtisadiyyatı üçün, həm də inkişaf etməkdə olan ölkələr üçün mühüm təsirə malik olacaq. Xüsusən də Trampın ölkə daxilində vergiləri azaldacağı ilə bağlı elan etdiyi vədlər nəticə etibarı ilə Amerikanın borclanmasını artıracaq bu da eyni zamanda infulyasiyanın artıran amil olacaq ki, bu nəticə etibarı ilə faiz dərəcələrinin artmasına gələcəkdə imkan verə bilər. Çünki xərclərin artması, vergilərin azaldılması ona gətirib çıxarır ki, bprcun dəyəri artacaq və nəticədə infulyasiyanı aşağı salmaq üçün faiz dərəcələrin artırılması qaçılmaz olacaq. Ona hörə də son həftələr Amerika dollarının avro ilə münasibətdə bahalaşmasını görürük. Nəticə etibarilə hətta bəzi proqnozlarda bunun bir dollar, bir avroya bərabər olacağı da deyilir. Bu dünya iqtisadiyyatı üçün mühüm dəyişiklikdir və Azərbaycan iqtisadiyyatına təsirləri qaçılmaz olacaq.Trampın digər vədləri əmtəə bazarlarına ciddi təsir göstərir. Xüsusəndə neft hasilatının artırılması ilə bağlı Trampın addımlar atacağı ənənəvi enerjiyə qoyulmuş üstünlüklərinin mümükün qədər aradan qaldırılacağı, alternativ enerji mənbələrinə daha az diqqət veriləcəyi, bunlara qoyulmuş üstünlüklərin aradan qaldırılacağı, mümkün qədər ənənəvi neft hasilatına dəstək veriləcəyini elan edir. Bu məsələlər neftin qiymətini bir qədər aşağı salır. Çünki neft hasilatını dəstəkləyəcəyinə, artıracağına dair vədlər ora gətirib çıxarıb ki, neft qiymətləri bir qədər ucuzlaşır."

Seçilən
32
news365.az

1Mənbələr