Türkiyədə Kırklarelili fermer Qarabağ Zəfərinin 4-cü ildönümü münasibəti ilə tarlaya şumla yazı yazıb.
News24.az Avtosfer.az-a istinadən xəbər verir ki, Burak Tunçkol adlı fermer çalışdığı tarlada yerə şumla "Qarabağ Azərbaycandır, Qarabağ Zəfəri 4 Yaşındadır",- yazıb.
Yazını təxminən 4 saat ərzində yazdığını bildirən fermer iki dövlət, bir millət şüarını yaşatmaq üçün belə bir addım atdığını qeyd edib.
Qarabağ zəfərində çoxlu şəhid verildiyini vurğulayan Tunçkol, "Tarlada yazı yazarkən hər dəfə şumu torpağa batıranda şəhidləri xatırladım. Şəhidlərimizin məkanarı cənnət olsun”,- deyə bildirib.