AZ

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu əməkdaşlarının 90-dan çox məqaləsi beynəlxalq jurnallarda dərc olunub

Elm və Təhsil Nazirliyinin akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında institutun cari il üçün yekun hesabatı dinlənilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

İnstitutun baş direktoru akademik Dilqəm Tağıyev bildirib ki, cari ildə institutun elmi fəaliyyətini qənaətbəxş hesab etmək olar. Bu il fundamental və tətbiqyönlü mühüm elmi nəticələr əldə olunub, həmin nəticələr beynəlxalq bazalarda referatlaşan yüksək impakt faktorlu jurnallarda dərc olunub. Eyni zamanda, institutun beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası istiqamətində əhəmiyyətli işlər görülüb.

Sonra AMEA-nın müxbir üzvü, institutun icraçı direktoru Məhəmməd Babanlı yekun hesabatla çıxış edib.

Qeyd edilib ki, 2024-cü ilin 10 ayı ərzində institutda aparılan tədqiqatların nəticəsi olaraq 6 monoqrafiya, 2 kitab, 142 məqalə (onlardan 63-ü respublika, 79-u xarici jurnallarda, 26-sı “Web of Science”, 65-i “Scopus”, 31-i digər bazalara daxil olan impakt faktorlu jurnallarda), 177 tezis (onlardan 87-si xarici ölkələrdə) çap olunub. Həmçinin 6 patent alınıb (onlardan biri beynəlxalq patentdir), 6 patentə müsbət rəy verilib, bu günə qədər institut əməkdaşlarının elmi əsərlərinə 1800-dən artıq istinad olub.

Seçilən
23
tehsil.biz

1Mənbələr