AZ

AK rəhbəri ABŞ-nin yeni administrasiyası ilə gələcək qarşılıqlı fəaliyyətdən danışıb

Avropa ölkələri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə müsbət işləyəcək.

Bu sözləri Avropa Siyasi Birliyinin Budapeştdə keçirilən sammitindən əvvəl Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen deyib.

“Biz yeni Tramp administrasiyası ilə müsbət münasibət quracağıq. Prezident Trampın əvvəlki mandatı dövründə onunla işləməkdə müəyyən təcrübəm var, bu əməkdaşlıq üçün əsas ola bilər. Hesab edirəm ki, ümumi maraqlarımızın nədən ibarət olduğunu təhlil edib işləmək lazımdır”, - deyə Leyen qeyd edib.

O, həmçinin transatlantik alyansı gücləndirmək üçün birgə işləməyi səbirsizliklə gözlədiyini bildirib.

Seçilən
23
aznews.az

1Mənbələr