“Bayden administrasiyası Ukraynaya son 6 milyard dollar göndərməyi planlaşdırır” – “Politico”
ABŞ Prezidenti demokrat Co Baydenin administrasiyası Kiyev üçün nəzərdə tutulan 6 milyard dollarlıq hərbi yardımın qalan hissəsini prezident seçkilərində qalib gələn respublikaçı Donald Trampın andiçmə mərasiminə qədər ən qısa zamanda Ukraynaya göndərmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Bildirilib ki, indiki Vaşinqton administrasiyası Trampın dövründə Ukraynaya silah tədarükünün dayandırılacağına hazırlaşır.