Bakı. Trend:
Bakı Dövlət Universiteti (BDU) və “Zəfər” Şəhid AilələrinəDəstək İctimai Birliyinin təşkilatçılığı ilə 8 noyabr – ZəfərGününə həsr olunmuş “Əbədi qəhrəmanlar” adlı tədbir keçirilib.
Trend xəbər verir ki, əvvəlcəDövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlakolmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yadedilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki,tariximizin ən qüdrətli səhifələrindən olan Zəfər Günü gələcəknəsillərə vətənpərvərlik və azadlıq uğrunda əbədi mübarizə ruhunuötürür. Azərbaycan xalqı bu şanlı qələbəni Müzəffər Ali BaşKomandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzunmisilsiz qəhrəmanlığı, əsgər və zabitlərimizin canı-qanı hesabınaəldə edib: “Azərbaycanın bugünkü nailiyyətlərinin, şanlıqələbəmizin təməlində əsası 1993-cü ildə Ulu Öndərimiz HeydərƏliyev tərəfindən qoyulmuş sarsılmaz xalq-iqtidar birliyi dayanır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs atavəsiyyətini şərəflə yerinə yetirdi, xalqımızın ən böyük taleyüklüməsələsi birdəfəlik həllini tapdı. Ölkə başçısı tərəfindən 21 ilöncə müəyyən olunmuş bütün vəzifələr uğurla icra edildi”.
Rektor diqqətə çatdırıb ki, Ermənistanın təxribatına və növbətihərbi təcavüzünə cavab olaraq 27 sentyabr 2020-ci ildə başlananVətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldanazad etdi. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan, haqqındaəsrlərlə danışılacaq 44 günlük Vətən müharibəsinin ilk anlarındanMüzəffər Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətliqərarlar sayəsində düşmənin müdafiə xətti yarıldı, o, böyük itkilərverərək geri çəkilməyə məcbur oldu: “Rəşadətli Azərbaycan ordusudöyüşlərin başladığı ilk gündə strateji Murov zirvəsində, Füzulidə,Cəbrayılda, sonrakı günlərdə isə Suqovuşanda, Hadrutda, Xocavənddə,Zəngilanda, Qubadlıda üçrəngli bayrağımızı ucaltdı. Noyabr ayının8-də Qarabağın ürəyi Şuşanın azad olunması ilə qəhrəman Ordumuzdüşməni böyük məğlubiyyətə uğratdı və onu kapitulyasiya aktınıimzalamağa məcbur etdi. Bununla da Azərbaycanın dünya birliyitərəfindən tanınan ərazi bütövlüyü təmin olundu. Ötən iinsentyabrında keçirilən antiterror əməliyyatları ilə isəsuverenliyimiz bərpa olundu, əzəli torpaqlarımız olan Xankəndi,Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsindəüçrəngli bayrağımız əbədi ucaldıldı. Azərbaycan Vətən müharibəsiilə bütün dünyaya cəsarətli və ədalətli müharibə aparmağın örnəyinigöstərdi. 44 gün ərzində informasiya cəbhəsində də mübarizə aparanmöhtərəm Prezidentimiz xalqımızın haqlı mövqeyni bütün dünyayaçatdırmağa nail oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevinvurğuladığı kimi, “Bu qələbə xalqımızın tarixində qazanılmış ənböyük qələbə, ən uca zəfərdir””.
Türkiyənin Üsküdar Universitetinin rektoru Nazife Güngör ZəfərGünü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki,Türkiyə və Azərbaycan ərazi bütövlüyü uğrunda oxşar mücadiləaparıb, şəhidlər verib.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhidpolkovnik-leytenant, “Murov qartalı” Raquf Orucovun həyat yoldaşıSevinc Orucova çıxışında Vətən yolunda canından keçən qəhrəmanəsgər və zabitlərimizlə qürur duyduğunu, onların həyat yolunun gəncnəsil üçün vətənpərvərlik nümunəsi olduğunu bildirib və bu cürtədbirlərin təşkilinin qəhrəmanlarımızın tanıdılması və onlarınxatirələrinin əbədiləşməsi baxımından böyük əhəmiyyətə malikolduğunu qeyd edib.
BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik NizamiCəfərov, Vətən müharibəsi şəhidi, BDU-nun Sosial elmlər vəpsixologiya fakültəsinin şəhid məzunu Ataməli Musaoğlunun anasıLeyla Musayeva, şəhid polkovnik-leytenant Nail Orucovun həyatyoldaşı, BDU-nun Filologiya fakültəsinin ikinci kurs tələbəsi NigarAğamalıyeva, İnformasiya və sənəd menecmenti fakültəsinin dekanıƏləmdar Cabbarlı çıxışlarında şəhidlərimizin döyüş yolundan bəhsedib, onların əziz xatirəsinin daim xalqımızın qəlbindəyaşayacağını bildiriblər. Çıxışçılar gəncləri Vətən uğrundavuruşan, şəhid olan qəhrəmanlardan öyrənməyə, onların ənənələriniyaşatmağa çağırıblar.
Sonra bəstəkar Eyvaz Həşimovun rəhbərliyi altında “Hicaz”qrupunun çıxışı olub. Kompozisiyanın təqdimatında musiqiçilərNahidə Eminova, Fuad Eminov, Niyaməddin Allahverdiyev, ElnurHüseynov, Azad Yusubov və rejissor Abdulqəni Əliyev iştirakediblər. Şəhid övladlarından ibarət xor qrupunun ifasında “Qəhrəmanövladıyıq” mahnısı ifa olunub. Mahnının bəstəsi və sözləri şəhidpolkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, sənətşünaslıqüzrə professor Könül Hüseynovaya aiddir.
Tədbirin sonunda isə BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzininəməkdaşlarının hazırladıqları bədii proqram təqdim olunub.