AZ

Zəfər bayramını böyük qürurla qeyd edirik ŞƏRH

“44 günlük Vətən müharibəsində 30 il erməni işğalı altında olmuş torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan tarixi səhifə oldu”. Bu sözləri KİV-ə açıqlamasında “Sosial – İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin Rahilə Mehdiyeva deyib. Onun sözlərinə görə, Müzəffər ordumuz Ali Baş Komandan İlham Əliyevin Sərkərdəlik məharəti ilə yüksək peşəkarlıq və igidlik nümayiş etdirərək Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşanı 2020-ci il noyabrın 8-də işğaldan azad etməsi qələbəmizin ana xəttini, zəfərimizin kulminasiya nöqtəsi oldu: “Birmənalı şəkildə demək olar ki, Şuşanın işğaldan azad edilməsi Ermənistanın döyüşmək, müqavimət göstərmək ruhunu tamamilə darmadağın etmiş oldu. Bu baxımdan döyüşmək əzmini tamamilə itirən, ordusunun 70 faizi məhv edilən Ermənistan noyabrın 10-da təslim olmağa məcbur oldu”.

R.Mehdiyeva onu da bildirdi ki, sonrakı mərhələdə, yəni 2023-cü ilin aprelin 23 -də isə Xankəndi-Laçın yolunun başlanğıcında, Həkəri çayının üzərində sərhəd- keçid məntəqəsinin qurulması ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edildi: “Bundan sonra hər hansı təxribatçı adımın onlar üçün ağır nəticələr verəcəyini anlayan Ermənistan Qarabağdakı separatçılarla geniş əlaqələr qurmaqdan, təmaslar yaratmaqdan çəkindir. Düzdür ara-sıra gizli yollarla separatçılara silah surasat göndərilir, maliyyə yardımları göstərilirdi. Lakin bu da uzun çəkmədi. Çünki 2023-cü ilin sentyabrın 19 –da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə Qarabağdakı separatizm tamamilə məhv edildi və terrorçuların başçıları həbs olunan Azərbaycanın istintaq orqanlarına təhvil verildilər. Yaxın günlər də onların məhkəməsi keçiriləcək və layiq olduqları cəzanı alacaqları şübhəsizdir. Qarabağımız isə inkişaf edir və yenidən qurulur. İnsanlar doğma yurd-yuvalarına qayıtmaqla 30 il əvvəl tərk etdikləri yurd yerlərinə yeni nəfəs, yeni həyat bəxş edilər”.

Seçilən
41
sesqazeti.az

1Mənbələr