Norveçdə özünü pis hiss etdiyi üçün dəfələrlə həkimə müraciət edən Tomas Krauta həmişə “Çox köksən, arıqla” deyiblər.
News24.az xəbər verir ki, arıqlamaq üçün istifadə edilən “Ozempic” adlı şəkər dərmanı ilə müalicəyə başlayan, lakin arıqlasa da qarnı böyük qalan Kraut, 12 il sonra fərqli səbəblə müayinə üçün çəkilən MRT nəticəsində qarnında nəhəng şiş olduğunu öyrənib.
Mədə və bağırsaqlarını əhatə edən xərçəng şişinin cəmi 27 kiloluq hissəsini əməliyyatla çıxaran və davamlı olaraq xərçəng müayinəsindən keçən Kraut, illərdir ona səhv diaqnoz qoyan həkimləri məhkəməyə verib.
Bədbəxt adamın bədənindən nəhəng şiş çıxarılanda onun böyrəyi və bağırsaqları ciddi zədələnib. Krautun sağ böyrəyi və nazik bağırsağının bir hissəsi də bədənindən çıxarılıb.
"İki həftədən bir psixoloqa müalicə üçün gedirəm. İldə iki dəfə onkoloqa getməli oluram, çünki içimdə şiş toxuması hələ də böyüyür. Mənə dedilər ki, bir neçə orqana yapışdığı üçün onu çıxarmaq mümkün deyil", - Kraut deyib.
Məryəm İlhamqızı