AZ

“Oğlumun vəfatından sonra mən də öləcəkdim"

"O olmasaydı 20 il əvvəl ürəyim partlayıb, öləcəkdim" .

Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Rəhman Rəhmanov qonaq olduğu "Gün ortası" verilişində həyat yoldaşından danışarkən deyib.

Xalq artisti iki dəfə qurduğu ailə həyatından bəhs edib:

"Mən iki dəfə ailə qurmuşam. İlk evliliyim 20 il çəkib. Sonra boşanmışam və ikinci dəfə ailə qurmuşam. 31 ildir ki, bu evlilik davam edir. Mən çox xoşbəxtəm. Xanımım Gülü mənə çox gözəl baxır. O olmasaydı 20 il əvvəl ürəyim partlayıb, öləcəkdim. Birinci oğlum 20 il əvvəl dünyasını dəyişib. Gülü xanım yaşatdı məni, indi də yaşadır. İkinci oğlum Emilin vəfatından sonra Gülü xanım mənim yenidən ayağa qaldırdı və məni yaşadır. O mənə həyatda stimul verir".

Milli.Az

Seçilən
33
milli.az

1Mənbələr