AZ

Ukrayna Trampdan nə gözləyir?

"ABŞ-da keçirilən seçkilərin nəticələri ABŞ-ın davamlı dəstəyi baxımından nikbinlik yaradır". 

HİT.az xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq İqtisadi Forumunda Ukraynanın baş naziri Denis Şmıxal bildirib.

"Biz hadisələrin inkişafı və əsas tərəfdaşımız olan Amerika Birləşmiş Ştatlarının kifayət qədər aydın hərəkətləri ilə bağlı ehtiyatla nikbin ola bilərik. Biz, əlbəttə başa düşürük ki, ABŞ-ın əsas dəyəri demokratiyanın qorunması, demokratik dəyərlərin qorunmasıdır və seçkilərdən asılı olmayaraq, dəyişməzdir. Və şəxsən mən əminəm ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Konqres, eləcə də cəmiyyət Ukraynanı dəstəkləməkdə davam edəcək. Üstəlik, düşünürəm ki, tərəfdaşımız tərəfindən kifayət qədər aydın və sürətli addımlar görəcəyik. Biz bunu gözləyirik", deyə baş nazir bildirib.

Onun sözlərinə görə, Ukraynanın ABŞ Konqresi ilə sıx əlaqələri var. O, Ukraynanı son dərəcə dəstəkləyən senator və konqresmenlərin əksəriyyətinin ABŞ Konqresinə daxil olduğunu vurğulayıb:

"Ona görə də bu seçkilərdən sonra bizdə nikbinlik var və ümid edirik ki, əməkdaşlığımız nəinki canlanacaq, həm də möhkəmlənəcək".

Samir


 

Seçilən
59
hit.az

1Mənbələr