Bakıda keçiriləcək BMT-nin iqlim konfransında (COP29) Rusiyanı Baş nazir Mixail Mişustin təmsil edəcək.
Hurriyyet.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev onu bu tədbirə dəvət edib.
"Biz Prezident Əliyevlə razılaşdıq ki, Rusiya yüksək səviyyədə təmsil olunacaq. Tədbirdə Rusiya hökumətinin sədri Mixail Vladimiroviç Mişustin iştirak edəcək", - Rusiya lideri qeyd edib.