AZ

9 ayda iki dəfə uşağını dünyaya gətirməli olub - FOTOLAR

Kentdə (Böyük Britaniya) 23 yaşlı Lisa Koffi oğlu Lukanı iki dəfə: birinci dəfə altı aylıq, ikinci dəfə isə demək olar ki, doqquz aylıq dünyaya gətirməli olub.


Sfera.az bildirir ki, hamiləliyin əvvəlində həkimlər anaya körpənin onurğa beyninin deformasiyasına səbəb olan anadangəlmə onurğa qüsurunun olduğunu deyiblər. Mütəxəssislər dölün 27-ci həftədə ana bətnindən çıxarılmasına, qüsurun aradan qaldırılması üçün cərrahiyyə əməliyyatının aparılmasına və yenidən uşaqlığa yerləşdirilməsinə qərar verib.
 

Səkkiz gün reanimasiya şöbəsində qalan gənc ana oğlunu evə apara bilib. Uşaq daha sonra beyninin və onurğasının zədələnməsini düzəltmək üçün bir neçə əməliyyat keçirməli olub. İndi Luka fizioterapiya seanslarında irəliləyiş göstərir ki, bu da tam sağalmasına ümid verir.


Mürəkkəb əməliyyatdan danışan mütəxəsssis Hana Patel:
 

"Bu, olduqca nadir haldır, hər 1000 hamiləlikdən yalnız 1-də bu cür əməliyyat tələb olunur. Döl ana hamilə olarkən əməliyyat tələb edirdi. Əməliyyat adətən doğuşun müalicəsi üçün edilir. Qüsurlar, həyat üçün təhlükə yaradır”  - deyə bildirib.
 

Onun sözlərinə görə, onurğa sütunu olan uşaqlar düzgün müalicə və qayğı ilə yetkinlik yaşına qədər (orta hesabla 40 il) yaşaya bilirlər. Baxmayaraq ki, bu xəstəliyi olan xəstələr adətən sərbəst hərəkət etmək və özlərinə qulluq etməkdə çətinlik çəkirlər.


Aynil

Seçilən
21
1
sfera.az

2Mənbələr