AZ

Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Saatlı rayonunda 2005-ci il təvəllüdlü Murad xalasının yetkinlik yaşına çatmayan qızı Ləmana (adlar şərti verilib - red.) təcavüz edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Murad 29 noyabr 2021-ci ildə babasının evinə qonaq gəlib. Həmin gün saat 12 radələrində qonaq kimi müvəqqəti qaldığı babası Xalidə məxsus Saatlı rayonunun kəndi ərazisindəki evdə 2012-ci il təvəllüdlü xalası qızı Ləmanla zorla cinsi əlaqədə olmaq və ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmək qərarına gəlib.
Cinsi ehtirasını təbii və qeyri-təbii yolla təmin etmək məqsədilə Ləmanın olduğu otağa daxil olub. Onu qorxudaraq köməksiz vəziyyətindən istifadə edib, qeyri-təbii yolla cinsi əlaqədə olub, ona seksual xarakterli digər zorakılıq hərəkətləri edib.
Murad cinayətkar niyyətini davam etdirərək Ləmanla zorla təbii yolla cinsi əlaqəyə girməyə cəhd edib. Qohumun otağa daxil olmasından sonra Murad niyyətini sonadək həyata keçirə bilməyib.
İstintaq orqanı tərəfindən Muradın barəsində Cinayət Məcəlləsinin 29,149.3.3 (on dörd yaşına çatmayan şəxsi zorlamağa cəhd) və 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Ləmanla cinsi əlaqədə olmayıb, ona toxunmayıb, polis əməkdaşları tərəfindən yazılmış ifadələrinə onlardan qorxduğu üçün imza edib. O, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edib.
Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib.
İbtidai istintaq zamanı ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, xalası Nailənin qızı Ləmanla 29 noyabr 2021-ci ildə saat 12 radələrində Saatlı rayonunun kəndində onların evində olarkən televizor otağında olan xalçanın üzərində təbii və qeyri-tibbi yolla cinsi əlaqədə olub:
"Ləmanla cinsi əlaqədə olan zaman ona zor tətbiq etməmişəm. Onunla öz istəyi ilə cinsi əlaqədə olmuşam. Hadisə vaxtı Ləman mənə heç bir müqavimət göstərməyib. Eləcə də mən Ləmana hər hansı bir xəsarət yetirməmişəm. Ləmanın mənim tərəfimdən zorlanması ilə bağlı ifadəsində göstərdiklərinin hamısı yalandır. Belə bir şey olmayıb".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, Murad onun xalası oğludur: "Murad bizə qonaq gəldi. Bizdə olan gün mənimlə bir yerdə televizor otağındakı xalçanın üzərində uzandıq. Sonra Murad öz paltarını və mənim paltarımı çıxararaq başımdan tutdu. Bu vəziyyətdə məni yerə sıxaraq zorla cinsi əlaqədə oldu. Həmin vaxt Murad məni incitdi. Bərk qışqıraraq məndən əl çəkməyini dedim. Murad çox güclü idi".
Zərərçəkmiş qeyd edib ki, daha sonra Murad onunla təbii yolla cinsi əlaqədə olmaq istəyərkən bacısı Aydan məktəbdən evlərinə gəlib və onları bir yerdə görüb: "Həmin vaxt Murad tez paltarını geyinərək həyətə çıxdı. Mənə qarşı elədiyini heç kimə söyləməməyi dedi. Bu hadisəni kiməsə deyəriksə, ağzımızı cıracağını, bizi döyəcəyini dedi. Sonra sağ ayağı ilə sol böyrümdən təpiklə vurdu. Anam evə gələndən sonra Muradın mənə qarşı etdiyi hərəkətlər haqqında hər şeyi ona dedim".
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Murad 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Vəkil şikayətini belə əsaslandırıb ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsasən Murada qarşı verilmiş ittihamı sübuta yetirilmiş hesab etmək olmaz. Müdafiəçi təqsirləndirilən şəxsin barəsində hər iki maddə üzrə bəraət hökmünün çıxarılmasını istəyib.
Zərərçəkmiş Ləmanın qanuni nümayəndəsi də şikayət verib. O, şikayətini belə əsaslandırıb ki, təqsirləndirilən Murad onun qızına heç bir zorakı hərəkətlər etməyib: "Qızım yalandan danışır, elə bir hadisə olmayıb. Qızım özü də etiraf edib ki, Muradın ona qarşı heç bır nalayiq hərəkəti olmayıb. O, işin bu dərəcəyə gələcəyini anlamayıb. Lakin Muradın gözünün önündə qandallanaraq aparılmasından sonra hər şeyi mənə etiraf etdi. Mən də Muradın günahsız olmasını anladıqdan sonra ilk fürsətdə apellyasiya məhkəməsinə notarial ərizə göndərdim".
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə həm təqsirləndirilən şəxsin müdafiəçisi, həm də zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən verilən şikayət təmin olunmayıb.
Bu qərardan narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi kasasiya şikayəti verib. O, müvəkkilinin barəsində bəraət verilməsini istəyib.
Həmçinin zərərçəkmiş Ləmanın qanuni nümayəndəsi tərəfindən də kassasiya şikayəti verilib. O, şikayətində göstərib ki, Murada qarşı heç bir şikayətinin olmaması apellyasiya məhkəməsində bildirib: "Amma apellyasiya məhkəməsi ərizədə barışıq sözünün olmamasını əsas gətirərək həmin ərizəni götürmədi. Mənim təqsirləndirilən şəxsə qarşı heç bir mülki iddiam, şikayətim yoxdur. Belə bir iddiam gələcəkdə də olmayacaq. Qızımın mənə bildirmiş olduğu həqiqətdən sonra Muradla həm barışmışam, həm də aramızda heç bir ziddiyyətli hal qalmayıb".
Tərəflərin şikayətinə Ali Məhkəmədə baxılıb. Şikayətləri araşdıran hakimlər heyəti sonda qərar verib. Qərara görə, həm təqsirləndirilən şəxsin müdafiəçisinin, həm də zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin şikayəti təmin edilməyib.
Seçilən
47
50
oxu.az

10Mənbələr