AZ

Toralın vurduğu qol "ən gözəl qol"a namizəddir - Səsvermə keçirilir

"Qarabağ" klubunun futbolçusu Toral Bayramovun Norveçin "Budo Qlimt" kollektivinin qapısından keçirdiyi qol turun "ən gözəl qolu" adına namizəddir.

Qlobal.net xəbər verir ki, UEFA-nın rəsmi saytı Toralın qolunu Avropa Liqasının son turunda vurulan digər üç qolla birlikdə səsverməyə çıxarıb.

Belə ki, azarkeşlərə ümumilikdə dörd seçim təqdim edilir. Toral Bayramovun qolu, "Qalatasaray"ın futbolçusu Yunus Akgünün "Tottenhem"in qapısından keçirdiyi qol, "Ayntraxt"ın üzvü Omar Marmouşun "Slaviya"nın qapısına vurduğu qol və Bolqarıstanın "Ludoqorets" komandasının üzvü Erik Markusun İspaniyanın "Atletik" klubunun qapısından keçirdiyi qol.

Azarkeşlər bu qollardan birini seçərək "turun ən gözəl qolu"nu müəyyənləşdirə bilərlər.

Bu linkə daxil olaraq səs verə bilərsiniz. (BAKU.WS )

Seçilən
54
qlobal.net

1Mənbələr