"Rusiya heç vaxt dollardan imtina etmək istəyini ifadə etməyib".
OXU24.COM xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasında deyib.
"Biz dollardan imtina etməyə çalışmadıq və bunun üçün səy göstərmirik. ABŞ və ya Avropanın siyasi və maliyyə orqanları avro ilə ödəniş etməkdən imtina etdikdə bunu edirlər", - Rusiya lideri bildirib.
Putin əlavə edib ki, avro hələ də dünya valyutası kimi öz layiqli yerini tuta bilməyib. Bu da Avropa hakimiyyətinin hərəkətləri ilə bağlıdır.