Ötən gecə saat 3:30 radələrində Rusiya qüvvələri 500 kq-lıq hava bombaları ilə Xarkova hücum edib.
Sitat.info xəbər verir ki, Saltovski və Şevçenkovski rayonları bomba yağışına tutulub.
Saltovkada hündürmərtəbəli binaya vurulub.
Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinegubovun sözlərinə görə, zərbə nəticəsində 25 nəfər yaralanıb.
Onların vəziyyəti orta-ağır qiymətləndirilir. Bundan əlavə, 4-ü uşaq olmaqla 30 nəfər təxliyə edilib.
Hazırda xilasedicilər dağıntıları təmizləməyə davam edirlər. Hava bombası evin 1-ci mərtəbədən 3-cü mərtəbəyə qədər olan girişini dağıdıb. Yaxınlıqdakı yaşayış binalarına, 5 avtomobilə və metrostansiyanın çıxışlarına da ziyan dəyib.
Ombudsman Dmitri Lubinetsin sözlərinə görə, dağıntılar altında hələ də insanlar var.
Seymur,
Sitat.info