AZ

Kadi 9-cu, Juninyo 35-ci pillədə

Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda “Qalatasaray” futbolçuları “Tottenhem”in qapısına 28 zərbə endirib, qarşı tərəf bunun cəmi 5-nə cavab verib.

İdman.biz xəbər verir ki, İstanbul klubu 4 turun yekununda da Avropa Liqasının bu sahədə lideridir – 93 zərbə.

Sonrakı yerlərdə 75 zərbə ilə “Mançester Yunayted” və 73 zərbə ilə “Lion” qərarlaşıb.

Turnirin ən çox zərbə vuran futbolçuları sırasında ilk “üçlük” tam “Qalatasaray” futbolçularından ibarətdir. Birinci sırada 18 zərbə ilə Mauro İkardi gedir. Viktor Osimhen 17, Barış Alper Yılmaz qapıya 15 zərbə endirib. Sonuncunun nəticəsinə 2 nəfər şərik də var. Maraqlıdır ki, 15 zərbəsi olan digər futbolçudan biri də Türkiyə klubunun – “Fənərbağça”nın təmsilçisi En-Nesiridir. Digəri isə “Ayntraxt”dan Marmuşdur.

Bu “beşlik”dən sonra 14 zərbəli 5 futbolçu sırasında öndə olaraq cədvəlin 6-cı pilləsinin sahibinin kimliyi də Azərbaycan futbolsevərləri üçün maraqlıdır. Bu, “Ferensvaroş”un formasını geyinən keçmiş “Qarabağ”lı Kadidir.

13 zərbəli futbolçuların da ön sırasında “Qalatasaray” təmsilçisi Yunus Akgündür. O, siyahıda 11-ci pillədədir.

“Qarabağ” futbolçularının lideri 9 zərbə ilə ümumi siyahıda 35-ci olan Juninyodur.

Vüqar Məmmədov
İdman.biz

Seçilən
27
1
idman.biz

2Mənbələr