AZ

"Kiyevə 500 milyard dollarlıq yardım proqramı yaradılsın!" - Pompeo

"Münaqişə başlayandan bəri ABŞ-nin Ukraynaya yardımı çox ləng və qeyri-kafi olub". Bunu “Time” jurnalına müsahibəsində Donald Trampın dövründə dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsində çalışmış Mayk Pompeo deyib.

Pompeo növbəti ABŞ administrasiyasını Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə, Ukrayna ordusunun Amerika silahlarının istifadəsinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağa və Ukrayna tərəfinə amerikalı istehsalçılardan lazımi silahları almağa kömək etmək üçün 500 milyard dollarlıq "Lend-Lease" proqramı yaratmağa çağırıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
52
news365.az

1Mənbələr