AZ

"Azərbaycan bu zəfərlə bütün dünyaya gücünü göstərdi"

Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 27 sentyabr 2020-ci il tarixində son qoyuldu. Məhz həmin gün tarixi qələbənin başlandığı gündür. 27 sentyabrda tarixə II Qarabağ müharibəsi, Vətən müharibəsi, "Dəmir yumruq əməliyyatı" adları ilə daxil olan əzəli və tarixi torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizəmiz başlamış oldu. Bütün bunların nəticəsində Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı. Məhz bu gün Şuşanın da azad olunması ilə tarixin şanlı səhifələrində Zəfər Günü kimi qeyd olunur.

Bu gün münasibətilə siyasi elm və beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis İsmayıl Cingöz Publika.az-aaçıqlama verib.

O qeyd edib ki, Ali Baş Komandan İlham Əiyev 30 il işğal altında qalan Azərbaycan torpaqlarının azad olunması üçün siyasi iradə kəsb edən mühüm qərar verib:

“30 ilə yaxındır ki, İkinci Qarabağ müharibəsinə siyasi və hərbi cəhətdən önəmli hazırlıq proseslərini tamamlayan İlham Əliyevin nəhayət verdiyi bu qərarla torpaqlar işğaldan azad olundu. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın beynəlxalq ictimaiyyətə haqlı olması ilə bağlı açıqlamaları böyük önəm kəsb edirdi. Həmçinin həmin dövrdə Azərbaycan əsgərlərinə əhəmiyyətli dərəcədə motivasiya verilirdi. Ümumiyyətlə, ordunun yönləndirilməsi, beynəlxalq ictimaiyyətin idarə olunması, gedişatın tələb etdiyi siyasi və hərbi qərarların yerli-yerində, qorxusuz şəkildə verilməsi Azərbaycanın gücünü bir daha ortaya qoydu. Azərbaycan bütün torpaqlar azad olunana qədər əzmlə mücadilə apardı. İlham Əliyevin dik duruşu, sərgilədiyi iradəli mövqeyi Qarabağ zəfərinin təməlindəki önəmli faktorlardan idi”.

Siyasətçi Azərbaycan və Türkiyənin hər zaman bir olduğunu vurğulayıb:

“Həmin dövrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da siyasi dəstəyini vurğulamaq lazımdır. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalandı. Bu bəyənnamə Türkiyə və Azərbaycanın tək dövlət kimi hərəkət edə biləcək şərtlərə sahib olduğu üçün əhəmiyyətlidir. İkinci Qarabağ müharibəsində simvol xarakter daşıyan Şuşanın imza tədbiri üçün seçilməsi önəmli nüans idi”.

Seçilən
63
50
publika.az

10Mənbələr