AZ

Premyer Liqanın qapıları 4 nəfərin üzünə bağlandı

Premyer Liqanın 13-cü turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Cəzalı duruma düşdükləri üçün dörd futbolçu həftəsonu baş tutacaq oyunlarda iştirak edə bilməyəcək.

Bunlar Emil Səfərov ("Neftçi"), Coy-Lens Mikels ("Sabah"), Vanderson Melo ("Araz-Naxçıvan") və Əli Səmədovdur ("Kəpəz").

Bu futbolçular 12-ci turda və 3-cü turun təxirə salınmış “Zirə” – “Araz-Naxçıvan” görüşündə sarı vərəqə limitini doldurublar.

Noyabrın 8-də “Neftçi” – “Şamaxı”, ertəsi “Səbail” – “Turan Tovuz” və “Sabah” – “Kəpəz”, noyabrın 10-da “Araz-Naxçıvan” – “Sumqayıt”, “Qarabağ” – “Zirə” matçları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
30
sportinfo.az

1Mənbələr