AZ

Yaşıl Zona noyabrın 11-də fəaliyyətə başlayacaq

Yaşıl Zonanın ümumi ərazisi 37 min 500 kvadratmetrdir. Burada 56 ədəd pavilyon, həm xarici, həm yerli şirkətlərə, eləcə də dövlət sektorlarına məxsus vahid stendlər olacaq.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Tərəfdaşlarla əlaqələr sektorunun müdiri Leyla Mahmudova deyib.

Sektor müdiri ərazidə dörd ədəd konfrans otağının olduğunu diqqətə çatdırıb “Onlardan biri 200, digəri isə 370 nəfərlikdir. Burada ikitərəfli görüşlər üçün 18 otaq, üç min nəfərlik yemək zonası və “Ekstrem Hangout” ərazisi olacaq. İctimaiyyətə açıq olacaq Yaşıl Zona öz fəaliyyətinə noyabrın 11-də başlayacaq. Bu yaxınlarda artıq “Iticket” platformasında Yaşıl Zonaya daxil olmaq üçün biletlərin satışı başlayacaq. Biletlər tamamilə pulsuzdur”.

L.Mahmudovanın sözlərinə görə, burada həm QHT, həm xarici, həm də yerli şirkətlər və dövlət qurumlarının gündəlik tədbirləri təşkil ediləcək. Bu tədbirlər hamısı iqlim dəyişikliyi və dayanıqlılıqla bağlı mövzulara aid olacaq.

Seçilən
29
18
modern.az

10Mənbələr