AZ

COP29 çərçivəsində “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək

Bakı. Trend:

Noyabrın 20-də Bakıda COP29 çərçivəsində “Dayanıqlı, rəqəmsalOrta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərindəyirmi masası keçiriləcək.

Trend xəbər verir ki, bubarədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir dayanıqlı və etibarlı nəqliyyatşəbəkələrinin inkişafı ilə bağlı ətraflı müzakirələr aparmaq üçünyüksəksəviyyəli platforma rolunu oynayacaq.

Dəyirmi masanın təşkilatçıları Azərbaycan RespublikasınınRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, BMT-nin Avropa üzrəİqtisadi Komissiyası (UNECE), həmçinin Asiya və Sakit Okeanölkələri üçün İqtisadi və Sosial Komissiyasıdır (ESCAP).

Tədbirlə bağlı ətraflı məlumatla bu linkdə tanış ola bilərsiniz.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası birneçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Seçilən
26
2
az.trend.az

1Mənbələr