AZ

Neymar keçmiç komandasına qayıdır

style='margin-bottom:10px;'>

"Əl-Hilal"ın hücumçusu Neymar 2025-ci ilin yanvarında Səudiyyə Ərəbistanı klublu ilə müqaviləsini ləğv etmək istəyir.

QOL.az xəbər verir ki, ötən gün Neymarın yeni zədə səbəbindən "Əl-Hilal"da 4-6 həftə oynamayacağı məlum olub. Eyni zamanda, hücumçu əvvəlki zədəsini sağaldıqdan sonra ikinci matçda zədələnib. O, bir ildən çox yaşıl meydanlardan kənarda qalıb.

32 yaşlı braziliyalı yetirməsi olduğu "Santos"a qayıtmağı düşünür. Bu barədə "Goal" nəşri məlumat yayıb. Neymar 2013-cü ilin iyul ayına kimi "Santos"da çıxış edib, sonra isə "Barselona"ya keçib.

Qeyd edək ki, Neymar 2023-cü ilin avqustundan "Əl-Hilal"da çıxış edir. O, Səudiyyə Ərəbistanı təmsilçisində 7 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
27
2
teleqraf.com

4Mənbələr