AZ

Hakan Fidan yunanıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Afinada yunanıstanlı həmkarı Yorgo Gerapetritis ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd olunub ki, tərəflər ikitərəfli və regional məsələləri, o cümlədən Qafqazdakı durumu, həmçinin Şərqi Avropa və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Daha əvvəl bildirilmişdi ki, nazirlər bu görüşdə münasibətlərin normallaşdırılması və qarşılıqlı ticarət həcminin artırılması barədə danışacaqlar.

Seçilən
33
12
ikisahil.az

10Mənbələr