AZ

Ata-ana 2 yaşlı qızlarını acından öldürdülər

Rusiyanın Xabarovsk diyarının Komsomolsk-na-Amur şəhərində 27 yaşlı ana və 29 yaşlı ata iki yaşlı qızlarını öldürüblər.

Lent.az bildirir ki, onlar bu ilin iyun ayından qıza yemək-içməyə icazə verməyiblər. Valideynlər uşağın göz yaşlarına və səhhətinin pisləşməsinə məhəl qoymayıblar.

Oktyabr ayında qız çətinliklə hərəkət edə bilib, çəkisi altı ay əvvəlkinin yarısına, 10 kiloqrama düşüb. Valideynlər bir neçə gün qızlarının ölməsini seyr ediblər. Uşaq ötən bazar günü dünyasını dəyişib. Körpənin meyitini ailənin dostları aşkar edərək, polis və təcili yardım çağırıblar.

Gənc valideynlər hüquq-mühafizə orqanları əməkdaşlarını qızlarının xəstəlik nəticəsində öldüyünə inandırsalar da, bir müddət sonra ifadələrində çaşqınlıq yaranıb. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, uşağın ölümünə taqətsizlik səbəb olub.

Zülmkar valideynlər həbs edilib.

Məlum olub ki, körpə dünyaya gəldikdən sonra valideynlər uşaqdan xilas olmaq qərarına gəliblər. Həbs olunanlar uşaq böyütmək istəmədiklərini deyiblər.

Seçilən
48
medianews.az

1Mənbələr