AZ

İşğaldan azad edilmiş ərazilərdə sosial sığorta haqlarının subsidiyalaşdırılması nəzərdə tutulur

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qeyri-dövlət sektorunun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının dövlət tərəfindən subsidiyalaşdırılması nəzərdə tutulub.

"Far.Az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Qarabağ və Şərqi Zəngəzura investisiya” mövzusunda "İslahat icmalı"nda qeyd edilib.

Subsidiyalaşma mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, 2023-2026-cı illərdə qeyri-dövlət sektorunun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının dövlət tərəfindən subsidiyalaşdırılması 100 % təşkil edəcək. 2026-2029-cu illərdə bu rəqəmin 80 % olması nəzərdə tutulub.

İcmala əsasən, 2029-2031-ci illərdə subsidiyalaşdırılma 60 %, 2031-2033-cü illərdə isə 40 % səviyyəsində olması gözlənilir.

Bundan əlavə, qeyri-maaş gəlirləri üçün icbari dövlət sosial sığorta haqları 10 il müddətində tam subsidiyalaşdırılacaq.

Seçilən
13
4
far.az

5Mənbələr