AZ

title

COP29-a hazırlıq işləri ilə tanış olmaq üçün COP29 Azərbaycan Əməliyyat Şirkətində media nümayəndələri ilə görüş olub.
APA xəbər verir ki, görüşdə bir sıra televiziya kanallarının, informasiya agentliklərinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov COP29-a hazırlıqların yekunu ilə bağlı bir sıra məsələlərə toxunub. Prezidentin köməkçisi qeyd edib ki, COP29-la bağlı hazırlıq üzrə yüz faiz tamamlama işləri görülüb.



Millət vəkili Naqif Həmzəyev “Sherg.az”a bildirib ki, Azərbaycan çox əhəmiyyətli və önəmli tədbirə - COP29 a ev sahibliyi edəcək:
“Bu günə qədər keçirilmiş COP tədbirlərinin ev sahiblərinin hazırlıq üçün 2 ilə yaxın vaxtları olurdu. Lakin Azərbaycanın bu cür vaxtı olmadı. Çünki Azərbaycan belə bir tədbirə ev sahibliyi etdiyi xəbərini  aldıqdan sonra yalnız 10 ay ərzində hazırlıq üçün zamanı var idi. Xarici ekspertlərin verdiyi rəyləri nəzərə alsaq deyə bilərik ki, baxmayaraq ki, hazırlıq üçün Azərbaycanın çox az vaxtı var idi. Lakin Azərbaycan bu prosesə çox ciddi hazırlaşıb və bu günə qədər keçirilmiş COP29 tədbirlərindən zərrə qədər geri qalma ehtimalı yoxdur. Əksinə COP29 dan sonra bu tədbirlərə ev sahibliyi etməklə bağlı yeni kriteriyalar, yeni yanaşmalar ortaya çıxacaq və bu birbaşa Azərbaycanın adı ilə bağlanacaq. Bildiyimiz kimi COP29 tədbirləri birbaşa olaraq iqlim dəyişiklikləri ilə bağlıdır. Bu  siyasi tədbir deyil və hədəf yer kürəsinin dünyamızın, gələcəyini təhdid altına saxlayan iqlim dəyişikliklərinin qarşısını almaq üçün dünya dövlətlərinin qəbul etdiyi qərarlar və götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Əsasəndə bu öhdəliklərin yerinə yetirilməsi üçün maliyyə axtarışının həyata keçirilməsi və maliyyə problemlərinin çözülməsidir ki,  qarşımıza qoyduğumuz məqsədə çata bilək. Azərbaycanda keçirilən COP29 tədbirində dünya liderləri, hökumət başçıları, bu sahə üzrə olan ekspertlər qatılacaqlar. İlkin məlumatlara görə 50 ölkədən çox dövlətin lideri iştirak edəcək, həmçinin ekspertlər müttəxəssislər qatılacaq. Bu isə ən azı 60-70 min iştirakçının və qonağın məhz bu ərəfədə Bakıya təşrif buyurmasından söhbət gedir. Həqiqətən də çox ağır və məsuliyyətli bir tədbirdir. Möhtərəm Cənab Prezident  İlham Əliyevin və çox hörmətli Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın COP29 tədbirlərinin keçiriləcəyi məkanlara baxışı zamanı biz bir daha şahid olduq ki, Azərbaycan tam olaraq bu tədbirlərin keçirilməsi üçün hazırdır. 10 ay ərzində COP29 ofisinin əməkdaşları bütün gecə-gündüz çalışıblar, A dan Z yə bütün detallar ölçülüb, biçilib və tədbirlər ən yüksək səviyyədə təşkil ediləcək. İnanırıq ki, Bakıda müzakirə ediləcək məsələlər, qəbul ediləcək qərarlar həm Azərbaycan, həm, regionumuz, həm də dünya üçün önəmli və əhəmiyyətli olacaq. Ölkələr götürdükləri öhdəliklərə dair hesabatlar təqdim edəcəklər. Gələcəkdə də bu öhdəliklərin yerinə yetirilməsi üçün lazımı qərarları verib və onun arxasında duracaqlar. Bir sözlə COP29 tədbirləri zamanı xüsusilədə Azərbaycanın sülh çağırışları və müharibəsiz dünya çağırışları cavabsız qalmayacaq. İlk dəfədir ki, Azərbaycanın təşəbbüsü ilə irəli atılmış bu təşəbbüsün dəstəklənməsi də düşünürəm ki, dünyamız üçün faydalı və əhəmiyyətli olacaq. COP29 da çox yadda qalan, önəmli qərarlar qəbul ediləcək və biz çox xoşbəxt xalqın nümayəndələri və ölkənin vətəndaşlarıyıq ki, bu tədbirə ev sahibliyi edirik”.
Seçilən
49
sherg.az

1Mənbələr