AZ

Ağstafada “8 Noyabr – Zəfər Günümüz” mövzusunda ümumrayon toplantısı keçirilib

Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Mərkəzin qarşısında müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb.

Mərkəzin böyük iclas zalında davam etdirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra böyük ölçülü ekranda Zəfər Gününə həsr olunmuş sənədli filmə tamaşa olunub.

Tədbirdə çıxış edənlər – Ağstafa RİH başçısı Seymur Orucov, şəhid atası İlqar Quliyev, Vətən müharibəsi qazisi, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin inzibati-təşkilati iş sektorunun əməkdaşı Hafiz Əhmədov və ağstafalı fəal gənc Turxan Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun xalqımıza bəxş etdiyi 8 Noyabr – Zəfər Günündən, şəhidlərimizn, qazilərimizin, o cümlədən Vətən müharibəsinin bütün mərd iştirakçılarının keçdiyi şərəfli döyüş yolundan, dövlətimiz tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıdan, eyni zamanda, hazırda işğaldan azad olunan torpaqlarımıza davam edən Böyük Qayıdışdan söz açıblar. Qeyd olunub ki, ölkəmizin tərəqqisi, xalqımızın işıqlı gələcəyinin qarantı olan Ulu Öndər Heydər Əliyev siyasi irsini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qısa zamanda qazandığı çoxsaylı tarixi qələbələri hər kəsin qəlbində sönməz qürur alovlandırıb.

????????????????????????????????????

Seçilən
27
xalq.az

1Mənbələr