AZ

Avropa dünyada “ot yeyən” olaraq qala bilməz - Makron

Avropa ABŞ prezidenti Donald Trampın yenidən seçilməsindən sonra beynəlxalq siyasətə yanaşmasına yenidən baxmalıdır. 

Ölkə.Az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Budapeştdə Avropa liderləri ilə görüşü zamanı bəyan edib.
 
Makron vurğulayıb ki, Avropa dünya səhnəsində “ot yeyən” olaraq qala bilməz.

“Mənə hər şey aydındır. Dünya ot yeyən və yırtıcılardan ibarətdir. Biz vegetarian olaraq qalsaq, yırtıcılar qalib gələcək və biz onların bazarına çevriləcəyik”, - deyən Makron Avropanın yeni  mövqeyinə ehtiyac olduğunu vurğulayıb. 

Onun fikrincə, Avropa öz maraqlarını qorumaq və qətiyyətli hərəkət etmək bacarığına can atmalıdır.
"Mən təcavüzə çağırmıram, lakin biz özümüzü müdafiə etməyi bacarmalıyıq", - o qeyd edib.

Makron Avropanın xarici təzyiq və təhdidlərə tab gətirə bilməsi üçün müdafiə və iqtisadi tədbirlərin gücləndirilməsinin vacibliyinə işarə edib.

Mürtəza
Ölkə.Az

Seçilən
28
1
olke.az

2Mənbələr