“COP29-la bağlı hazırlıq işləri üzrə 100 faiz tamamlama işləri görülüb”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov COP29-a hazırlıq işləri ilə tanışlıqla bağlı media nümayəndələri ilə görüşdə deyib.
O qeyd edib ki, COP29 Azərbaycan tarixində ən böyük tədbirdir: “COP29-da iştirak üçün 67min nəfər qeydiyyatdan keçib. 17500 mehmanxana otaqlarından 85 faizi artıq satılıb”./APA